Almaniya Bundesliqasında XXX tura yekun vurulub.
Turun son günündə 3 qarşılaşma oynanılıb.
İlk olaraq meydana elitada qalmağa can atan "Verder"lə Avropa Liqasına vəsiqəni hədəfləyən "Volfsburq" çıxıb. Bremendə baş tutan matçda 1 qol həlledici olub. Sona 8 dəqiqə qalmış Vaut Verqhorst qonaqlara 3 xalı gətirən qola imza atıb.
Uğursuz mövsüm keçirən "Şalke" Berlin səfərində "Union"la xalları yarı bölüb.
Turnir cədvəlində qonşu olan "Auqsburq"la "Köln"ün mübarizəsindən də qollu bərabərlik qeydə alınıb.
Ümumilikdə tur o qədər də məhsuldar alınmayıb. 3 matçda qapılara cəmi 5 qol vurulub.
Almaniya Bundesliqası
XXX tur
"Verder" - "Volfsburq" - 0:1
Veqorst, 82
"Union" - "Şalke" - 1:1
Endriç, 11 - Kenni, 28
"Auqsburq" - "Köln" - 1:1
Maks, 88 - Modeste, 86