Türkiyənin "Qalatasaray" komandasımın heyətində ciddi itki baş verib.
İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu Avropa Liqası Liqa fazasının 4-cü turunun "Tottenhem"lə matçında (3:2) ağır zədə alıb.
İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 32 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
.