
Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 1054 manata çatacaq.
Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib.
EIU-nun proqnozlarına əsasən, orta aylıq əməkhaqqı 2026-cı ildə 1108,4 manat, 2027-ci ildə 1157,7 manat, 2028-ci ildə 1204,2 manat, 2029-cu ildə isə 1264,8 manat təşkil edəcək.
Qiymətləndirməyə görə, orta aylıq əməkhaqqında artım 2025-ci ildə 6%, 2026-cı ildə 5,2%, 2027-ci ildə 4,5%, 2028-ci və 2029-cu illərdə isə 4,5% səviyyəsində proqnozlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqı ötən il 1009,2 manat olub.
Hökumət 2026-cı ilin büdcə layihəsində Azərbaycanda orta aylıq nominal əməkhaqqının gələn il 1170,8 manat, 2027-cı ildə 1246,8 manat, 2028-ci ildə 1327,6, 2029-cu ildə isə 1411,8 manat təşkil edəcəyini proqnozlaşdırıb.
.