Rusiyanın COVID-19 əleyhinə istehsal etdiyi "Sputnik V" peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş siyahıya daxil edilməsinə dair müzakirələr aparacaq.

“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris bildirib.

“Mütəxəssislər yalnız bütün məlumatları əldə edib qiymətləndirdikdən sonra onun təcili istifadə üçün siyahıya alınması təsdiqlənəcək”, - deyə o qeyd edib.

Bildirilib ki, “Sputnik V”in qeydə alınması ilə bağlı ÜST komissiyasında məlumatların müzakirəsinə yanvarın 22-də başlanacaq.  

.