"Shah Deniz Compression" (SDC) layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.

Bu barədə Yenizaman"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, SDC layihəsi üzrə yekun investisiya qərarı konsorsium tərəfindən 2025-ci ilin iyun ayında qəbul edilib və layihənin ümumi dəyəri 2,9 milyard ABŞ dolları olaraq qiymətləndirilib.

"S&P"nin gözləntilərinə görə, SOCAR-ın 2025-ci ildə neft hasilatı 2024-cü il səviyyəsində (7-7,5 milyon ton neft və 7-8,5 milyard kubmetr təbii qaz) qalacaq.

"SOCAR ölkədə neft və qaz hasilatına nəzarət edir: 2024-cü ildə onun əsas idarəçiliyində olan aktivlərdə, eləcə də bir sıra nisbətən kiçik birgə müəssisələrdə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr təbii qaz hasil edilib", - agentlik bildirib.

Xatırladaq ki, SOCAR – hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir.

.