Rusiyanın dizel ixracındakı fasilələrdən sonra Azərbaycan regional alternativ yanacaq təchizatçısı kimi ön plana çıxır.
Bu barədə "S&P Global"dan bildirilib. Qeyd edilib ki, Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə edilən hücumlar nəticəsində ölkənin dizel yanacağı ixracında ciddi fasilələr yaranıb. Hücumlar 17 emal zavoduna, boru kəməri stansiyalarına və Baltik dənizi terminallarına zərər vurub. Bu vəziyyət Braziliya ilə yanaşı, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) və Mərkəzi Asiya regionunda dizel tədarükünü çətinləşdirib.
Bazar mənbələrinin məlumatına görə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan hazırda dizel yanacağı təchizatı üzrə alternativ variantları İran, Azərbaycan və Türkmənistandan axtarır. Başqa sözlə, hazırki durum Azərbaycanı regional alternativ yanacaq təchizatçısı kimi ön plana çıxır.
.
