"Rospotrebnadzor" Moskvada erməni iş adamının restoranının fəaliyyətini dayandırıb.

Qurumun saytında Moskvanın 2-ci Brestskaya küçəsi 48 ünvanında yerləşən “The Бык” restoranının fəaliyyətinin 60 gün müddətinə dayandırılması haqqında məlumat yerləşdirilib.

Qeyd olunub ki, restoranda keçirilən plandankənar təsadüfi yoxlama zamanı sanitar-epidemioloji tələblərin və texniki qaydaların çoxsaylı kobud şəkildə pozulması halları müəyyən edilib: "Təsadüfi yoxlamanın nəticələrinə əsasən, 544 kiloqram ərzaq məhsulu satışdan çıxarılıb. Vətəndaşların həyatına və sağlamlığına ciddi zərər vurma təhlükəsi ilə əlaqədar "Brest-Street" MMC-də müvəqqəti tədbirlər görülüb. Moskva şəhəri, 2-ci Brestskaya küçəsi, 2-48 ünvanında yerləşən "The Бык" ictimai iaşə obyektinin fəaliyyəti, 60 gün müddətinə dayandırılıb".

Qeyd edək ki, məlum restoranlar şəbəkəsi erməni iş adamı Mexak Qalstyana məxsusdur.

.