İspaniyanın "Real" klubunun futbolçusu Eder Militao əməliyyat olunub.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

O, yaxın günlərdə reabilitasiyaya başlayacaq.

Xatırladaq ki, Eder Militao cari mövsüm İspaniya La Liqasında 16 oyunda 2 qolla yadda qalıb.

.