İspaniyanın "Real" və Portuqaliyanın "Portu" klublarının əfsanəvi futbolçuları xeyriyyə matçında qarşılaşıblar.

Görüş Madrid klubunun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutub.

"Real"ın heyətində Zinəddin Zidan, Raul Qonsales, Roberto Karlos, Luiş Fiqu və Stiv Makmanaman, "Portu"da isə İker Kasilyas, Bruno Alveş, Rikardo Kuarejma kimi sabiq futbolçular çıxış edib.

Oyun "Portu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 51 yaşlı Zidanın matçdakı performansı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, oyundan əldə olunan gəlir ALS (yan amiotrofik skleroz) xəstələrinin müalicəsinə və "Real" fondunun layihələrinə yönəldiləcək.

.