Portuqaliyanın "Benfika" klubunun qapıçısı Anatoli Trubin karyerasını İspaniyada davam etdirə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Real" 24 yaşlı qolkiperin transferini nəzərdən keçirir.

Madrid klubunun əsas qapıçısı Tibo Kurtuanın zədə problemləri ilə üzləşməsi bu marağın əsas səbəbi hesab olunur. Trubinin baş məşqçi Joze Mourinyo ilə münasibətlərinin yaxşı olduğu bildirilir. Portuqaliyalı mütəxəssis ukraynalı qolkiperin komandaya cəlb olunmasına müsbət yanaşır.

Xatırladaq ki, Anatoli Trubin 2023-cü ildən "Benfika"da çıxış edir.

.