"Real Madrid"in futbolçusu Luka Modriç İspaniyada İngiltərənin "Mançester Siti" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu buraxa bilər.
Buna təcrübəli yarımmüdafiəçinin "Jirona"ya 2:4 hesabı ilə uduzduqları La Liqanın XXXI tur matçında sıradan çıxması səbəb olub.
Tibbi müayinədən sonra xorvatiyalı oyunçunun baldır nahiyəsində zədə aşkarlanıb. Modriç növbəti turlarda "Almeriya" və "Real Sosyedad"la görüşlərdə meydana çıxmayacaq. O, mayın 6-da "Osasuna"ya qarşı İspaniyanın Kubokunun finalını da buraxmalı olacaq.
Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" qarşılaşması mayın 9-da təşkil olunacaq. Cavab görüşü mayın 17-də baş tutacaq.
.