İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
"Report" xəbər verir ki, qrup mərhələsinin VI turunda evdə Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasını 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 29-cu dəfə (ikinci qrup mərhələləri daxil olmaqla, 1999 - 2003-cü illər) növbəti mərhələyə vəsiqə qazanıb.
Bu isə turnirin rekordu deməkdir. Komanda B qrupunu 10 xalla birinci pillədə bitirib.
Dubl edən hücumçu Kərim Benzema "kral klubu"nun heyətində qol sayını 50-yə yüksəldib. Fransalı forvard bu göstəriciyə görə İspaniya "Barselona"sında çıxış edən Lionel Messi və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronalduya çatıb.
.