Rusiyanın “Qazprom” şirkəti və CNPC (Çin Milli Neft-qaz Korporasiyası) Çinə qaz tədarükü üçün ödənişlərin rubl və yuanla həyata keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə “Qazprom”un “Telegram” kanalında bildirilib.

"Aleksey Miller və CNPC Direktorlar Şurasının sədri Day Houlyan şirkətlər arasında qarşılıqlı fəaliyyətin geniş spektrini nəzərdən keçirdilər..."şərq" marşrutu üzrə - “Sila Sibiri” (“Sibirin Gücü”) qaz kəməri, uzunmüddətli qaz alqı-satqısı müqaviləsinə əlavə sazişlər imzalanıb. Xüsusilə, Çinə qaz tədarükü üzrə ödənişlərin ölkələrin milli valyutaları - rubl və yuanla aparılması qeydə alınıb”, - deyə şirkətin “Telegram”dakı kanalında deyilir.

Məlumata görə, “Qazprom”un rəhbəri Aleksey Miller yeni ödəniş mexanizmini qarşılıqlı faydalı və etibarlı həll yolu adlandırıb. Onun fikrincə, bu, hesablamaları sadələşdirəcək, Rusiya və Çin iqtisadiyyatlarının inkişafına təkan verəcək, həmçinin digər şirkətlər üçün nümunə olacaq.

.