"Qarabağ"ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə Yenizaman-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.

Qeyd edək ki, Julio Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədə alıb.

.