"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
27 yaşlı müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Malmö" ilə oyununda (1:2) zədə alıb.
Aparılan müayinədən sonra onun çanaq əzələsində dartılma müəyyən edilib.
Qeyd edək ki, B.Mustafazadə zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb.
.