Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.

Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.

Oyunun ilk hissəsi qolsuz başa çatıb.

İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.

Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib.

Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb.

Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.

Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
“Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) - 1:0
Qol: Andradi, 78
Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 52

.