“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi AEL (Kipr) – “Vlajniya” (Albaniya) oyununda müəyyənləşəcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
21:00. “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Filip Ozobiç, 6

.