![](/uploads/img/posts/2024/05/16/6645dfba5bd116645dfba5bd1217158552906645dfba5bd0f6645dfba5bd10jpg-1715856000.jpg)
Türkiyə Superliqasının 37-ci turunda çempionun adına aydınlıq gələ bilər.
Mayın 19-u saat 20:00-da lider "Qalatasaray" doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.
Görüşü idarə edəcək hakimin adına aydınlıq gəlib.
Derbi matçında əsas söz sahibi Arda Kardeşler olacaq.
Meydana ən yaxın izləyicisi "Fənərbaxça"dan 6 xal irəlidə çıxacaq "sarı-qırmızılılar"a çempionluq üçün bu görüşdə 1 xal da kifayət edəcək.
Çempionluq şansı möcüzələrə qalan "sarı-lacivərdlilər" isə xoşbəxt sonluq üçün mütləq bu görüşü qalib başa vurmalı, son turda isə rəqibinin səhv etməsini gözləməlidir.
Qeyd edək ki, bu mövsümin ilk yarısında "Fənərbaxça" - “Galatasaray” qarşılaşmasını da Arda Kardeşler idarə etmişdi.
Həmin oyun 0:0 başa çatmışdı.
.