"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu bu gün tibbi müayinədən keçib. Nəticədə onun ayağının sağ arxa əzələsində 2-ci dərəcə yırtıq olduğu aşkarlanıb. "Sarı-qırmızılar" forvardın müalicəsinə başlanıldığını bildirib.

Qeyd edək ki, İkardi Türkiyə Super Liqasının 4-cü turunun "Adana Dəmirspor"la qarşılaşmasında zədələnib. Əzələsində ağrı hiss edən futbolçu oyunun 25-ci dəqiqəsində əvəzlənib. O, yerini Mişi Batşuayiyə verib.

.