Türkiyənin "Qalatasaray" klubu əsas qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzatmağa çox yaxındır.
Bu barədə məşhur insayder Nikolo Skira bildirib.
Onun sözlərinə görə, 37 yaşlı qolkiperin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Uruqvaylı oyunçunun hazırkı müqaviləsi yayda başa çatır.
Qeyd edək ki, 2011-ci ildən "Qalatasaray"da çıxış edən Muslera "sarı-qırmızılar"la 6 dəfə ölkə çempionu olub.
.