ABŞ prezidenti Co Bayden demokrat qubernatorlarla Ağ Evdə qapalı görüşdə sabiq prezident Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib.

Bu barədə çərşənbə günü “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, bu, çox güman ki, heç bir ciddi yoxlamanın aparılmadığı qısa tibbi müayinə olub.

Məlumatda deyilir ki, Bayden ötən həftə tibbi müayinədən keçdiyini və özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

.