"Son günlər Azərbaycanın Rusiyadakı səfiri Polad BülBüloğlu haqqında həqiqəti əks etdirməyən yazılar yazırlar. Guya Azərbaycanın Rusiyadakı səfirliyində vətəndaşlarımıza pul ilə arayışlar verilir. Belə yazılar sifariş edənlərə bildirmək istəyirəm ki, belə hallar mümkün deyil, səfirliyin işçiləri vətəndaşlarımızı görmədən onların problemləri həll olunur"
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Qarabağ Müharibəsinin qazisi, müstəqil jurnalist Mirmais Mirəzizoğlu bildirib. O, açıqlamasında P. Bülbüloğlu haqqında deyilənləri təkzib edib:
"Polad müəllim mədəniyyət naziri vəzifəsindən gedəndən sonra o vəzifəyə neçə nazir təyin olunub ? Hanı o nazirlər, nazir müavinləri və həmin nazirliyin yüksək vəzifələrdə çalışan məmurları ? Görmürsünüzmü, Mədəniyyət nazirliyində nələr baş verir ? Hal - hazırda Mədəniyyət Nazirliyində yeyinti və korrupsiya baş alıb gedir. Polad müəllimin zamanında belə hallar baş verirdimi ? Əlbəttə yox, ola da bilməzdi, ona görə ki, o belə tərbiyənin sahibi deyildi. O ziyalı və tanınmış bir ailədə böyüyüb boya- başa çatmışdı. Onun rəhmətlik atasını bütün dünya tanıyırdı. Özü də atasının yoluna davam etdi və onu da bütün dünya tanıyır. Biz onunla fəxr etməliyik ki, belə bir tanınmış ziyalımız və diplomatımız var. Hər bir ziyalı diplomat ola bilməz. 2020 - ci ildə Vətən Müharibəsi zamanı Polad müəllimin zəhmətini itirmək olmaz. O Rusiyada səfir vəzifəsində ola -ola dövlətimizin çox problemlərini həll etdi. Budurmu, sizin ona münasibət?
Azərbaycanın Rusiyadakı bütün işləri elektron sistemi ilə həl olunur. Yəni vətəndaşların ora getməsinə ehtiyac yoxdur. Hər şey göz qabında və orda rüşvət haları mümkün deyil. Yalan yazılar yazanda və ya kimlərəsə böhtan atanlar yağdıranda öncədən səfirliyin iş prinsipini öyrənin. Amma belə böhtan yazılarınızla özünüzü ifşa etdiniz.Bəli, mən belə yalan yazıları Polad müəllimə qarşı sifariş və kompaniya kimi qəbul edirəm. Belə yazılarla onun adını ləkələndirmək istəyirsiz. Amma unutmusuz ki, Azərbaycan xalqı Polad müəllimin kim olduqunu çox gözəl bilir. Mən Polad müəllimi yaxından tanımıram, amma gördüyü işlərini görürəm. Ona gördüyü bütün işlərinə görə burdan çox sağ ol deyirəm. Mənə yetər ki, Polad müəllim Azərbaycanlı, tanınmış bir diplomat , vətənini sevən, dürüst və həmişə dövlətinə sadıq, məsuliyyəti his edən əsl Azərbaycanlıdır. Belə informasiyaları yayanlara xatırlatmaq istıyirəm ki, öncə gedib Polad müəllim haqqında onun nə işlər gördüyünü öyrənsinlər, sonra onun haqqında mənfi rəylər və sözlər yazsınlar.
Unutmayın ki, Polad müəllim neçə illər Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsində çalışıb. Bu illər ərzində Azərbaycanın mədəniyyəti sahəsində çox işlər görüb. Azərbaycanın mədəniyyətini dünyaya tanıtdırıb.O yeganə nazir idi ki, adı yeyintidə və rüşvətdə hallanmayıb. Dövlətimizin başçısı cənəb İlham Əliyev ona inanıb Azərbaycanın Rusiyadakı səfiri vəzifəsinə təyin edib. Artıq 17 ildir ki Polad müəllim bu vəzifədə çalışır və Prezidentimiz onun işindən çox razıdır. Siz ona qarşı bu kompaniyanın aparmaqla nəyə nail olmaq istəyirsiniz ? Onu bu vəzifəyə kim təyin edibsə, o da onu bu vəzifədən azad edəcək. Özünüzü əbəs yerə yormayın.
Heç anlaya bilmirəm, siz özbaşınalıq, rüşvətxor, korrupsioner və monopolistlərdən yazmırsınız. Amma var gücü ilə işləyən təmiz bir insan haqqında yazırsınız. 2020 - ci ildə Vətən Müharibəsi zamanı Polad müəllimin gördüyü işlər nə tez yadınızdan çıxdı ? O həmin Vətən Müharibəsi zamanı gördüyü işlər Azərbaycan tarixinə yazıldı. Budurmu sizin ona etdiyiniz hörmət ?
Heçnə demirəm, belə adamlara yazıqlar olsun deyirəm. Polad BülBül oğluna qarşı aparan kompaniyanın təşkilatçılarına. Polad müəllimin qurultayda çıxışına baxsınlar və utansınlar. O zaman kim cürət edib belə danışa bilərdi ? Siz bu mərd oğlumuza qarşı kompaniya aparısınız ? Heç olmasa utanın. Bir daha hamınıza bildirmək istəyirəm, mən onu yaxından tanımıram.
Mənə bəs etdirir ki, o azərbaycanlıdır. İndi qiyməti özünüz verin"- o, əlavə edib.