Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar əsaslarına görə neft hasilatını artırmaq qərarına gəlib - 137 min barel (sentyabr səviyyəsi ilə müqayisədə).

Bu barədə "OPEC+" "səkkiz"liyin iclasının yekunlarına dair məlumatda yer alıb.

"Qlobal iqtisadiyyatın sabit perspektivi və aşağı neft ehtiyatlarında əks olunan əlverişli bazar əsasları səbəbindən səkkiz iştirakçı ölkə hasilatı 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barellə müqayisədə gündəlik 137 min barel tənzimləmək qərarına gəlib", - OPEC qeyd edib.

Qeyd olunub ki, səkkiz OPEC+ ölkəsi bazar vəziyyəti, uyğunluq və kompensasiyanı təhlil etmək üçün aylıq görüşlər keçirəcək və ilk görüşün 2025-ci il oktyabrın 5-də keçiriləcəyi planlaşdırılır. 

.