İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi Ruben Amorim viza probleminə görə Böyük Britaniyaya uça bilməyib.

Bu barədə "The Times" nəşri məlumat yayıb.

Prosesin daha bir neçə gün uzana biləcəyi vurğulanıb. 39 yaşlı portuqaliyalı mütəxəssis bu gün komandaya qoşulmalı idi.

Qeyd edək ki, Amorimin "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, 2020-ci ildən ölkəsində "Sportinq"də çalışıb.

.