İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub.

ESPN xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "Milan"ından Rafael Leau və ya Niderland PSV-sindən Kodi Qakponun heyətə cəlb edilməsini istəyir.

Mütəxəssis qışda bu oyunçulardan birinin transfer olunmasını tələb edib.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 22-də Ronaldunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

.