İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Atalanta"da çıxış edən Edersonu heyətinə qatmağa yaxındır.
"Sportitalia" nəşri xəbər verir ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər.
"Qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Xatırladaq ki, Ederson cari mövsüm bütün turnirlərdə 41 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
.
