İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Niko Qonsales "Nyukasl"a keçməyə yaxındır.
"TEAMtalk" nəşri xəbər verir ki, tərəflər 24 yaşlı yarımmüdafiəçinin transferinə görə razılığa gəliblər.
"Sağsağanlar" ispan oyunçu üçün qarşı tərəfə təxminən 50 milyon funt sterlinq ödəyəcək.
Xatırladaq ki, Niko Qonsales 2025/2026 mövsümündə 41 oyunda 2 qolla yadda qalıb.
.
