İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Ruben Diaş dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
Yenizaman BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının XVI turunda baş tutan "Mançester Yunayted"lə (1:2) oyundan sonra bildirib.
Mütəxəssis əzələsindən zədələnən 27 yaşlı futbolçunun dörd həftəyədək futbol oynamayacağını söyləyib.
Qeyd edək ki, portuqaliyalı oyunçu cari mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə 19 oyun keçirib. O, həmçinin FIFA tərəfindən 2024-cü ilin rəmzi komandasına daxil edilib.
.