Rusiyanın "Lukoil" şirkəti Gunvor şirkətindən xarici aktivlərini əldə etmək təklifi alıb.

Bu barədə "Lukoil"dən bildirilib.

Bildirilib ki, Gunvor Group Ltd. şirkəti LUKOIL International GmbH şirkətinin 100%-ni əldə etməyi təklif edib. Lukoil və Gunvor arasındakı razılaşmanın əsas şərtləri əvvəlcədən razılaşdırılıb.

Qeyd edək ki, ABŞ-ın "Lukoil" və "Rosneft"ə sanksiya tətbiq etməsindən sonra "Lukoil" xarici aktivlərini satmaq qərarına gəldiyini açıqlayıb.

Gunvor Group beynəlxalq enerji qrupudur və satış həcminə görə ən böyük enerji treyderlərindən biridir Şirkət Kiprdə qeydiyyatdan keçib və əsas ofisləri Cenevrə (İsveçrə), Nassau (Bahamas), Sinqapur (Sinqapur) və Dubayda (BƏƏ) fəaliyyət göstərir. Şirkətin həmçinin Boqota (Kolumbiya), Buenos Ayres (Argentina), Abuja (Nigeriya), Pekin (Çin), Mumbay (Hindistan), Moskva (Rusiya) və Almatıda (Qazaxıstan) nümayəndəlikləri var.


Gunvor 1997-ci ildə rusiyalı iş adamı Gennadi Timçenko və Turborn Törnqvist tərəfindən təsis edilib. 2014-cü ilin mart ayına qədər Gennadi Timçenko Gunvor Group səhmlərinin 44%-nə sahib olub. 2014-cü ilin mart ayında Rusiyanın Krımı ələ keçirməsi ilə əlaqədar Qərb ölkələrinin iqtisadi sanksiyalarından qorxan Timçenko, Gunvor şirkətindəki bütün səhmlərini Törnqvistə satıb. Həqiqətən də, müqavilənin bağlanmasından bir gün sonra, 20 martda ABŞ Timçenkoya qarşı sanksiyalar tətbiq edib.

.