İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold iki həftə futbol oynamayacaq.

Bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının XI turunda "Aston Villa"ya qarşı keçirilən matçdan (2:0) sonra diz bağında zədə aşkar edilib. Həkimlərin rəyinə görə 26 yaşlı müdafiəçi təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolçunun "Mançester Siti" ilə oyuna hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçı dekabrın 1-də keçiriləcək.

.