"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.
52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Komandanın sükanı arxasına Azər Məmmədovun gətirələcəyi gözlənilir.
Qeyd edək ki, Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"ə baş məşqçi təyin olunmuşdu.
.