İtaliya "İnter"i İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messini transfer etməyə çalışacaq. 

"Report"un "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, "neradzurri" argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir.

Bu halda Messinin "İnter"də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub 33 yaşlı hücumçunun yeni sponsorlar cəlb etməkdə yardımçı olacağına ümid edir.  

Qeyd edək ki, Lionel Messi bütün karyerasını "Barselona"da keçirib. O, 2019/2020 mövsümündə Primerada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı sayılıb.  

.