Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb.

İlkin nəticələri Gürcüstan Mərkəzi Seçki Komissiyası təqdim edib.

Seçki məntəqələrinin 38,63 faizinin səslərinin hesablanmasından sonra, ölkənin hakim "Gürcü arzusu" partiyası 48,56 faiz, Vahid Milli Hərəkat Partiyası isə 31,23 faiz səs toplayıb.

Üçüncü yerdə 6,87 faiz səslə sabiq baş nazir Qeorqi Qaxariyanın "Gürcüstan naminə" partiyası qərarlaşıb.

.