"Forbes" jurnalının hər il tərtib etdiyi 400 ən varlı ABŞ vətəndaşı siyahısına bu il də İlon Mask başçılıq edib.

Nəşr “SpaceX” və “Tesla”nın sahibinin sərvətini 251 milyard dollar dəyərində qiymətləndirib.

İkinci yerdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), üçüncüdə isə “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison (158 milyard dollar) qərarlaşıb.

“Microsoft”un qurucusu Bill Qeyts 111 milyard dollarla altıncı yeri tutub.

.