"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qlobal hava sərnişin axınının 2024-cü ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcəyini ehtimal edir.

Agentliyin verdiyi məlumata görə, sərnişin trafikinin bərpa sürəti sərnişin uçuşlarının növündən asılı olaraq (turizm, biznes) regionlar və ölkələrin dəstək sxemləri və səyahət məhdudiyyətlərinə görə dəyişəcək.

"Fitch"in direktoru Cefri Lak bildirib ki, ciddi izolyasiya tədbirləri hava sərnişin trafikini azaltdığı üçün hava nəqliyyatı ilə səyahətdə önümüzdəki bir neçə il ərzində əhəmiyyətli dərəcədə dəyişikliklər gözlənilir.

Agentlik qeyd edir ki, hava limanlarının fəaliyyəti pandemiyanın əhəmiyyətli dərəcədə ağırlaşmasına qarşı həssasdır, lakin iqtisadiyyatı xilas etmək üçün məhdudiyyətlər yumşaldıla bilər. "Fitch"ə görə, aeroportların fəaliyyəti aviaşirkətlərlə əlaqələndirilir və onların çoxu hazırda iflasa uğrayır və ya likvidlik problemi yaşayır.

.