"Fənərbaxça" son 22 ilin rekorduna imza atıb.
Öz meydanında "Hatayspor"u 4:2 hesabı ilə məğlub edən komanda qol seriyasını davam etdirib.
Evdə oynadığı son 12 matçda ikidən çox qol vuran "Fənərbaxça" 22 il sonra belə məhsuldarlığa imza atıb. İstanbullular sonuncu dəfə 2000/01 mövsümündə belə uğurlu seriyaya nail olub.
Qeyd edək ki, "sarı-lacivərdlilər” cari mövsümdə Super Liqanın 2 fərqli matçının ilk yarısında 3 qol vuran yeganə komandadır.
.