Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

Yenizaman xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulub.

Cüdoçularımızdan beşi bürünc medal qazanmaq şansını saxlayır.

Kişilərin yarışında Əhməd Yusifov və Nazir Talıbov (hər ikisi 60 kq) üçüncülük uğrunda görüşə çıxacaqlar. Yusifov Yeldos Smetovla (Qazaxıstan), Talbov isə Andrea Karlino (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ruslan Paşayev və Kamran Süleymanov (hər ikisi 66 kq) isə bir-biri ilə üz-üzə gələcəklər.

Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) da finala yüksələ bilməyib. O, bürünc medal uğrunda türkiyəli Tucer Bederlə qarşılaşacaq.

Qeyd edək ki, üç gün davam edəcək turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.

.