Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

İdmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.

.