Kriptovalyuta bazarında əsas aktivlərdə azalma müşahidə olunub.

Yenizaman "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 2,06% azalaraq 2,53 trilyon dollara düşüb.

Sutkalıq dinamika üzrə “Bitcoin”in qiyməti 2,17% azalaraq 75 583 dollara enib və bazar kapitallaşması 1,51 trilyon dollar təşkil edib.

Qızıl əsaslı tokenlər -“Tether Gold”un qiyməti 1,03% azalaraq 4 549 dollara, “PAX Gold”un qiyməti 1,07% azalaraq 4 544 dollara düşüb.

“Ethereum”un qiymətində də eniş müşahidə olunub. Kriptoaktiv 3,61% ucuzlaşaraq 2 243 dollara enib. BNB-nin qiyməti 2,03% azalaraq 615 dollara, “Bitcoin Cash”in qiyməti isə 2,32% azalaraq 443 dollara düşüb.

“Monero” 1,37% ucuzlaşaraq 375 dollara, “Zcash” 2,50% ucuzlaşaraq 330 dollara, “Bittensor” isə 4,92% ucuzlaşaraq 249 dollara enib. Son 24 saatda “CoinMarketCap 20 Index”də də 1,94% eniş müşahidə edilib.

Qeyd edək ki, bazarda azalma əsasən investorların riskli aktivlərdən çıxması və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə əlaqələndirilir.

.