Kriptovalyuta bazarında son sutkada yüksəliş qeydə alınıb.
Yenizaman CoinMarketCap platformasına istinadən xəbər verir ki, Bitcoin (BTC) son 24 saatda 3,87% artaraq 68 751 dollara yüksəlib.
Ethereum (ETH) isə sutka ərzində 5,97% artım göstərərək 2 049 dollar səviyyəsinə çatıb.
Tether (USDT) 0,04% artımla 0,9995 dollar, XRP 4,08% yüksəlmə ilə 1,40 dollara qalxıb.
BNB isə 3,20% artaraq 616 dollar olub. USDC qiymətində ciddi dəyişiklik olmayıb və 0,02% artımla 0,9999 dollar təşkil edib.
Solana (SOL) bazarda ən güclü yüksəlişlərdən birini göstərərək 7,81% artımla 84,48 dollara yüksəlib.
TRON (TRX) 1,71% artaraq 0,2827 dollara, Dogecoin (DOGE) 4,82% yüksələrək 0,0966 dollara, Bitcoin Cash (BCH) isə sutka ərzində 9,65% artaraq 559 dollar səviyyəsinə yüksəlib.
Qeyd edək ki, kriptovalyuta bazarındakı bu yüksəliş investorların risk iştahasının artması və bazarda müsbət gözləntilərin güclənməsi ilə əlaqələndirilir.
