UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer 04"ün qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
.