
"Bavariya" futbolçusu Erik Dayerin komandadan ayrılacağını rəsmən açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda 31 yaşlı mərkəz müdafiəçisinin cari mövsümün sonunda Münhen təmsilçisini tərk edəcəyi bildirilib.
Daha əvvəl insayder Fabritsio Romano Dayerin "Monako"ya keçəcəyini yazmışdı.
Qeyd edək ki, Erik ötən ilin yayından "Bavariya"nın formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə verib.
.