İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Frenki de Yonq 2024/2025 mövsümündə La Liqada ən çox qazanan futbolçu olacaq.

Yenizaman “Сapology”yə istinadən xəbər verir ki, niderlandlı futbolçunun vergilər çıxıldıqdan sonra illik gəliri 37,5 milyon avro təşkil edəcək.

İkinci yerdə Kataloniya klubunun digər futbolçusu Robert Levandovski qərarlaşıb. Polşalı hücumçu 33,3 milyon avro əldə edəcək.

Üçüncü yerdə illik 31,3 milyon avro qazancla "Real"ın yeni transferi Kilian Mbappe qərarlaşıb.

.