İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messi ilə yeni müqaviləni yaxın iki gün ərzində elan etməyi planlaşdırır.
"Report"un "Marca"ya istinadən məlumatına görə, klub prezidenti Joan Laporta sözləşmənin uzadıldığını iyunun 30-dək açıqlamaq istəyir. O, Messinin bir dəqiqə də azad agent kimi qalmasını arzulamır.
34 yaşlı forvardın sözləməsinin yeniləndiyi Laportanın doğum günü olan 29 iyunda elan oluna bilər.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messinin yeni müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

.