“Bank BTB”dən bankın 2022-ci ilin I rübünü zərərlə başa vurması məsələsinə aydınlıq gətirilib.

Bankdan “APA-Economics”in sorğusuna əsasən bildirilib ki, bu ilin birinci rübünü bankın zərərlə bitirməsi “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na uyğun olaraq ehtiyatlar yaradılması ilə bağlıdır. Bu da bankın daha dayanıqlı və ehtiyatlı olması məqsədi daşıyır.
Bankın likvidliyin əsas göstəricilərindən hesab edilən kreditlərin depozitlərə nisbətinin yüksək olması (2022-ci ilin I rübündə kredit-depozit nisbəti 176,9% təşkil edib) məsələsi də şərh edilib. Açıqlamaya görə, verilən kreditlərin böyük hissəsi fondlarla bağlı olub: “Qeyd olunan göstərici AİF, SKMF və AKİA hesabına verilən kreditlərin bankın kredit portfelinin 59%-ni təşkil etməsi ilə əlaqədardır”.

Bundan əlavə bildirilib ki, Mərkəzi Bank tərəfindən qoyulan normativə əsasən minimal likvidlik səviyyəsi 30%-dən aşağı olmamalıdır. "Bank BTB"nin I rüb üzrə likvidlik göstəricisi isə 77.25%-dir.

Qeyd edək ki, “Bank BTB” bu ilin I rübünü 3,2 mln. manat xalis zərərlə başa vurub.

.