2023-cü ildə elektron kommersiya üzrə aktivliyini artıran “Azərpoçt”un növbəti hədəfi PUDO-ların (Pick up – Drop off) yaradılması olub.
Bunu “Azərpoçt” MMC-nin təşəbbüsü ilə keçirilən “2023-Hesabat” tədbirində MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev deyib.
O bildirib ki, PUDO-lar xüsusi çatdırılma məntəqələridir, bu məntəqələrin adi poçt məntəqəsindən fərqi odur ki, onlar yalnız onlayn sifariş verilmiş bağlamaların müştərilərə təhvilini nəzərdə tutur.
“İş rejimi isə səhər 9:00-dan axşam saat 21:00-a qədərdir. Bu 2 məqam, yəni yalnız onlayn sifarişlərin təhvili və iş rejiminin uzunluğu xidmətin operativliyini təmin edir. Xüsusilə qeyd edilməlidir ki, PUDO-lar işləyən vətəndaşlar üçün daha əlverişlidir. Hazırda 50-yə yaxın məntəqədə PUDO-lar fəaliyyət göstərir”, - deyə
o qeyd edib.