Bakının Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunub və problem aradan qaldırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildiriib ki, Yasamal rayonu ərazisinə qazın verilişi təmin olunub:

"Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Bu da təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli "mavi yanacağı" boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar”, - məlumatda qeyd olunub.

.