"Azercell Telekom" MMC abunəçilərini "WhatsApp" tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Şirkətdən verilən məlumatda bildirilir ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyəti yoxdur.

Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün abunəçilərə şübhəli zənglərə və SMS-lərə geri dönüş etməmək, belə internet saytlardan istifadə etməmək, istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etmək, telefonları nəzarətsiz qoymamaq, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni üçüncü şəxslərə bildirməmək, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edilir.

.