"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirib.

Qurumun mətbuat katibi Mehman Mehdiyev APA-ya bildirib ki, bu xəbər doğru deyil:

"Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var. Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib".

.