Daxili İşlər Nazirliyi (DİN) Abşeronda "Azenko" MMC-nin direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırmış və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

.